Bayramda Ağstafaya əlavə qatar reysi təyin edilib

Bayram günlərində Bakıdan Ağstafaya axşam saatlarında, Ağstafadan Bakıya isə səhər saatlarında qatar təyin olunur.


Azərbaycan Dəmir Yollarından (ADY) Senzor.az-a bildirilib ki, noyabrın 7-dən 11-dək Bakıdan saat 23:55-də yola düşən qatar Ağstafaya saat 06:40-da çatacaq. Noyabrın 8-dən 12-dək Ağstafadan saat 09:00-da yola düşən qatar Bakıya saat 15:50-də çatacaq. Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə təşkil olunacaq. Əlavə reyslər üzrə hərəkət edən qatar həmişəki dayanacaqlardan başqa, Ucar stansiyasında da dayanacaq.


Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:46-da Ağstafaya, əks istiqamətdə saat 17:30-da Bakıya yola düşən qatar isə saat 22:35-də mənzil başına çatır. Biletləri ady.az-dan və "ADY Mobile" tətbiqindən əldə etmək mümkündür.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.