Şahdağa qar, bəzi rayonlara dolu yağıb -
FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 08-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

 

Xidmətdən Senzor.az-a verilən məlumata görə, külək Tovuzda 26 m/s, Göyçay, Naftalanda 21 m/s, Ağstafada 20 m/s, Beyləqan, Gəncədə 18 m/s, Mingəçevirdə 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 24 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb.

 

Qobustanda 32 mm, Astara, Lənkəran, Quba, Qusar, Şahdağ, Tərtər, Zərdab, İmişli, Cəfərxan, Neftçala, Yardımlıda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək yağış olub.

 

Noyabrın 07-si saat 15:24 radələrində Qobustan rayonu ərazisinə xırda ölçülü dolu düşüb.

 

Noyabrın 08-i gündüz və 09-da ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.