Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Senzor.az Milli Hidrometeorologiya Mərkəzinə istinadən bildirir ki, Qrız və Qudyalçay-Xınalıq məntəqələrində qarın hündürlüyü 1 santimetr olub.
Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.
Qeyd edək ki, dünən ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunub. Daşkəsən, Gədəbəy, Şəmkir, Qax, Oğuz, Quba, Aıtıağac, Şəki, Xaltan Mingəçevir, Lənkəran, Astarada arabir yağış, Qusar, Xınalıq, Şahdağda isə qar yağıb.