Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq.
Senzor.az bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, noyabrın 12-də dağlıq və dağətəyi rayonlarda əsasən gecə və səhər dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.