Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru, araşdırmaçı-jurnalist Hafiz Babalı saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, o, “Abzas media” ilə bağlı iş üzrə cinayət məsuliyyətinə cəlb edilib.
Hafiz Babalının saxlanılması ilə bağlı məlumatı DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı sayta təsdiq edib.
Qeyd edək ki, daha öncə sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və əməkdaş Nərgiz Absalamova həbs ediliblər.