Xalq artisti Ramiz Məlik dəfn olunub
YENİLƏNİB

Azərbaycanın Xalq artisti Ramiz Məlik dəfn olunub.


Senzor.az xəbər verir ki, mərhum ll Fəxri xiyabanda torpağa tapşırılıb.

**14:24

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xalq artisti Ramiz Məlikin dəfn mərasiminə əklil göndərib.


Yerli KİV xəbər verir ki, əklil sənətçinin məzarı üzərinə qoyulacaq.


Mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

**

Azərbaycanın Xalq artisti Ramiz Məlik ilə vida mərasimi başa çatıb.


Senzor.az xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün ll Fəxri xiyabana aparılır.

**13:17

Azərbaycanın Xalq artisti Ramiz Məlik ilə vida mərasimi keçirilir.


Senzor.az xəbər verir ki, Bakıdakı Heydər məscidində keçirilən mərasimdə mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.


Vida mərasimi başa çatdıqdan sonra mərhumun nəşi ll Fəxri xiyabana aparılacaq və orada torpağa tapşırılacaq.


Qeyd edək ki, R.Məlik bu gün 80 yaşında dünyasını dəyişib.


Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.


1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.


Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin şəhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil) , Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.


O, 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1982-ci ildə Əməkdar artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.


Allah rəhmət eləsin.

 **09:54

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Ramiz Məlik dekabrın 14-də vəfat edib”.

 

Senzor.az-un xəbərinə görə, Mədəniyyət Nazirliyinin  yaydığı nekroloqda belə deyilir. 

 

Nekroloqda daha sonra bildirilir: “Ramiz Ağarza oğlu Məlik 1943-cü il avqustun 4-də Bakı şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən taleyini Akademik Milli Dram Teatrına bağlayıb, aparıcı səhnə ustası kimi tanınıb. Ramiz Məlik ötən illər ərzində bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda 100-ə yaxın rolda uğurla çıxış edib.

 

Marsel («Hamlet», V. Şekspir), Mayis ("Sevgililərin cəhənnəmdə vüsalı», İ.Əfəndiyev), Valter («Yad adam», L.Frank), Arif («İblis», H.Cavid ), Jan («Dəfn edilməmiş ölülər», J.P.Sartr), Toğrul («Atabəylər», N.Həsənzadə), Antoni («Kölgələrin oyunu», Y.Edlis), Katib («Gecə döyülən qapılar», N.Xəzri), Dulu Xaqan («Özümüzü kəsən qılınc», B.Vahabzadə), Vilyams («Kəllə», N.Hikmət), Qaçaq Süleyman («Ölüləri qəbiristanlıqda basdırın», İ.Şıxlı), Mayor Metkaf (“Tələ” A.Kristi) Aqşin («Od gəlini», C.Cabbarlı) və s. yaddaqalan səhnə obrazları yaradıb. R.Məlikin yaradıcılıq məharəti televiziya və kino sahəsində də diqqət çəkib. Aktyorun rol aldığı «Mehman», «Bir cənub şəhərində», «O qızı tapın», «Sevinc buxtası», «Babək», «Qəm pəncərəsi», «Qara gölün cəngavərləri» və s. bədii, «Şərqin səhəri», «Günahsız Abdulla», «Kimin sualı var?» və s. televiziya filmləri onun kino sahəsində də sənətkar məharətini ortaya çıxarıb.

 

Milli teatr və kino sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilən sənətkar 1982-ci ildə "Əməkdar artist", 1998-ci ildə "Xalq artisti" fəxri adlarına, 1984-cü ildə respublikanın Dövlət mükafatına, 2019-cu ildə «Şöhrət» ordeninə, 2023-cü ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

 

Görkəmli sənət fədaisi, səmimi insan Ramiz Məlikin əziz xatirəsi sənət dostları və tamaşaçılarının qəlbində yaşayacaq. Mədəniyyət Nazirliyinin kollektivi sənətkarın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

 

Allah rəhmət eləsin!".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.