Məhkəmənin qərarı ilə TikToker Ləman Vəliyeva 1000 manat cərimə edilərək sərbəst buraxılıb.
Məlumatı “Qafqazinfo” yayıb.
**19:52 (16.12.2023)
TikToker Ləman Vəliyeva saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, L.Vəliyeva sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları tərəfindən saxlanılıb: “Araşdırmaların nəticəsindən asılı olaraq onun hərəkətlərinə hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, L.Vəliyeva tez-tez TikTok-dakı paylaşımlarında qeyri-etik sözlərdən və söyüşlərdən istifadə edir.