Qeyri-sabit hava şəraiti sabah gündüzədək davam edəcək

Ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.

 

Senzor.az bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Dekabrın 17-si saat 15.00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli, yağıntılı hava şəraiti davam edir.

 

Bakıda və Abşeron yarımadasında, Gəncə, Şəmkir, Qusar, Şabran, Beyləqanda arabir yağış, Xaltan, Qubada qar yağıb.

 

Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Neftçala, Şahdağda 20 m/s, Gəncədə 16 m/s-dək güclənib.

 

Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qobustan, Şəki, Qusar, Xaltan, Yevlax, Cəfərxan, Hacıqabul və Yardımlıda duman müşahidə olunub.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 7 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 0 dərəcə şaxta, aran rayonlarında 11 dərəcəyədək isti qeydə alınıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.