YAP-ın prezident seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb
YENİLƏNİB

Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.


Bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.


YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP Sədrinin müavini-Baş nazirinin müavini Əli Əhmədov səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.


Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınıb.


Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

**16:30

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.


Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.


Məsələ barədə məlumatları MSK sədrinin müavini Rövzət Qasımov, MSK katibləri Arifə Muxtarova və Mikayıl Rəhimov təqdim ediblər.

**

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələrinin yaradılması prosesi başa çatıb.


Senzor.az-ın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.


MSK sədri deyib ki, azad edilmiş ərazilərdəki məntəqələrin fəaliyyəti üçün lazımı şərait yaradılacaq.


Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.