Yeni il tətilində regionlara dəmir yolu ilə əlavə reyslər təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yeni il tətilində regionlara əlavə reyslər təyin edir.


ADY-dən Senzor.az-a verilən məlumata görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə 31 dekabr, 1, 2, 5 və 6 yanvar tarixlərində qatar Bakı Dəmiryol Vağzalından saat 07:50-də, Ağstafadan isə saat 16:30-da yola düşəcək. Bununla yanaşı, qatarlar ənənəvi qrafiklə də hərəkət edəcək. Əlavə tələbat yaranarsa, bu istiqamətdə yeni reyslərin təyin edilməsi planlaşdırılır.


Məlumata görə, Bakı-Qəbələ-Bakı marşrutu üzrə 30 dekabr - 6 yanvar tarixlərində qatar hər gün Bakı Dəmiryol Vağzalından Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.


Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.