Mingəçevir məktəbində istilik olmaması barədə görüntülərə aydınlıq gətirilib

Ötən gün sosial media hesablarında Mingəçevir şəhər 20 nömrəli tam orta məktəbdə istilik sistemində texniki nasazlığın yaranması ilə əlaqədar şagirdlərin sinif otaqlarında üst gödəkçədə əyləşməsi ilə bağlı görüntülər yayımlanıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, Mingəçevir şəhər 20 nömrəli tam orta məktəbdə dekabrın 21-də ilk olaraq su xəttinda sızmaların baş verməsi, daha sonra elektrik sistemində transformatorun sıradan çıxması səbəbindən istilik sisteminin verilməsində problem yaranıb. Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin yerli bölməsinin əməkdaşları tərəfindən məktəbə baxış keçirilib və sözügedən problemin ən qısa zamanda aradan qaldırılması ilə bağlı müvafiq işlər görülüb, artıq istiliyin verilməsi bərpa olunub.

Qeyd olunub ki, cari tədris ilindən Mingəçevir şəhər 20 nömrəli tam orta məktəbi fərdi qazanxanası olmaqla, qazla qızdırılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.