Güclü külək Gəncədə doqquz mərtəbəli yaşayış binasının dam örtüyünü uçurub.
Senzor.az bildirir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Nəticədə bir neçə avtomobilə ziyan dəyib.
Bundan başqa, şəhərin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb, bir neçə yerdə ağac aşıb.
Həmçinin Gəncənin mərkəzi meydanında Yeni il münasibətilə quraşdırılan bayram yolkası aşıb.
Qısaqapanma səbəbindən transformatorlardan birində yanğın olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub.
Xoşbəxtlikdən hadisələr zamanı xəsarət alan olmayıb.
Hazırda küləkli hava şəraiti davam edir.