Bu gün səhər saatlarında Sumqayıt-Bakı elektrik qatarının hərəkət qrafikində gecikmə olub.
Senzor.az bildirir ki, saat 07:35-də Sumqayıtdan Bakıya hərəkət etməli olan sürətli sərnişin qatarı 17 dəqiqə gec - saat 07:52-də yola düşüb.
Platformada olan sərnişinlərə buna səbəb kimi texniki nasazlıq göstərilib.
Bundan başqa, saat 07:45-də yola düşməli olan Sumqayıt-Bakı ekspres qatarı da saat 08:01-də yola çıxıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən isə Sumqayıt-Bakı qatarının gecikməsi ilə bağlı bildiriblər ki, buna səbəb güclü külək əsməsi nəticəsində cərəyan qəbuledici naqillərin zədələnməsi olub. Odur ki, qatarların hərəkət qrafikində cüzi kənara çıxma halları (6-8 dəqiqə) qeydə alınıb.