Gün ərzində çirkləndirici qaz qarışıqlarından Bakı üzrə dəm qazının miqdarı normadan 1.1 dəfə yüksək müəyyən edilib.
Senzor.az bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Dəm qazının miqdarının normadan yüksək olması nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.