Parlamentin payız sessiyası başa çatdı - DEPUTATLAR TƏTİLƏ ÇIXDILAR
YENİLƏNİB

Milli Məclisin payız sessiyası çərçivəsində sonuncu iclası başa çatıb.


Senzor.az-ın xəbərinə görə, spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyasında görülən işlər barədə məlumat verib.


Onun sözlərinə görə, payız sessiyası dövründə parlamentin 39 plenar iclası keçirilib: "2023-cü ildə 268 qanun və 27 qərar qəbul olunub".


Sonra spiker Milli Məclisin payız sessiyasını bağlı elan edib.


Sonda Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.


Bununla da Milli Məclisin payız sessiyası işini yekunlaşdırıb.


Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.


Tətil dövründə deputatlar məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.


Azərbaycan Respublikası Konstitusiyasına əsasən, Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır, mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır, dekabrın 30-dək davam edir.


Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü işinə başlayır.

**12:52

Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.


Senzor.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin spikeri Sahibə Qafarova parlametin payız sessiyasının bugünkü iclasında bildirib.


Sədr təklif edib ki, Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik məktubu göndərilsin.


Deputatlar sədrin təklifinə alqışlarla razılıq veriblər.

**12:44

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edib.


Senzor.az-ın xəbərinə görə, parlamentin bu gün keçirilən iclasının gündəliyinə “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” məsələ daxil edilib.


Müraciətdə deyilir:


“Azərbaycan xalqı dünyanın böyük millətləri ilə bir sırada dayanır. Bugünkü müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Odur ki, Asiyada, Avropada, Amerikada və digər yerlərdə məskən salmış vətəndaşlarımız yurdlarında baş. verənləri diqqətlə izləyir və fəxr edirlər. Qəhrəman silahlı qüvvələrimizin bu ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində suverenliyinin bərpa edilməsi hər bir azərbaycanlını sevindirir. Azərbaycan respublikasının hüdudlarından kənarda yaşayan soydaşlarımıza qayğı göstərilməsi dövlət siyasətimizin əsas istiqamətlərdən birini təşkil edir. Azərbaycanın bütün potensialının ortaya çıxararaq dünyaya tanıdılması istiqamətində görüləsi işlərimiz çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkəyə inteqrasiya etməklə yanaşı bir-birinə dəstək olmaqdır. Əziz azərbaycanlılar, Sizi birliyə çağırırıq”.


Müraciət səsverməyə çıxarılaraq qəbul edilib.

**11:15

Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası başlayıb.


Senzor.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib.


Həmin məsələlər aşağıdakılardır:


1. “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsi


2. “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi


3. Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)


4. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)


5. “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)


6. Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)


7. Dünya azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Milli Məclisin müraciətinin təsdiq edilməsi haqqında






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.