Bayram tətilində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq reysə oturacaq tipli vaqonlardan ibarət əlavə Ekspres sürət qatarı cəlb edilib.
Senzor.az bildirir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.
Məlumata görə, yanvarın 2, 4 və 5-də qatar saat 16:00-da Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 3, 5 və 6-da isə saat 08:30-da Ağstafadan Bakıya yola düşəcək.
“Bundan başqa, Bakı-Ağstafa-Bakı marşrutunda qatarlarımız tətil günlərində hər gün ənənəvi cədvəllə də hərəkət edəcək. Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz”, - məlumatda qeyd edilib