Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonunun Ulaşlı Şıxlı kəndi ərazisindən keçən hissəsində suyun üzündə naməlum qadın meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.
Senzor.az FHN-ə istinadən bildirir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində kanalda boğulan Göyçay sakini, 1969-ci il təvəllüdlü Məmmədova Fatma Ağakərim qızının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.