Şirvanda saxta dollar satan dəstə üzvləri saxlanıldı
VİDEO, FOTO

Şirvan Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Senzor.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərvin Abdullayev Şirvan şəhəri ərazisində saxlanılıb. 

 

Onun üzərinə keçirilən baxış zamanı 37 ədəd saxta 100 dollarlıq əsginas aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində saxta əsginasları birgə qazanc əldə etmək məqsədilə tanışı Elyanur adlı şəxsdən əldə etdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Şirvan şəhər sakini Elyanur Mirzəyev də saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.