Hansı sürücülərə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilməyəcək? - RƏSMİ AÇIQLAMA

“Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirən taksi sürücülərinə şəhadətnamələr təqdim olunur.

 

Taksi sürücülərinin etirazları ilə bağlı KİV-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən açıqlamada belə deyilir.

 

Bildirilir ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı da alınmalıdır. Xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq.

 

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı ilə bağlı təkliflər təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək.

 

Qeyd edək ki, bu gün taksi sürücüləri tərəfindən “APA-Economics”ə ünvanlanan məktubda buraxılış vəsiqəsi olmayan sürücülərin saxlanılmamasına etiraz bildirilib. Məktubda qeyd olunub ki, bir çox sürücülər tibbi müayinədən və məcburi təlimlərdən keçib, bunun üçün kifayət qədər vaxt və pullarını sərf ediblər. Onlar işləməyərək təlimlərə getdiklərini və bu müddətdə qazanc əldə edə bilmədiklərini, bunun əvəzində təlimlərə getmədən işləyən sürücülərin isə həm o zaman, həm də indi saxlanılmadan qazanc əldə etdiklərini vurğulayıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.