Bakıya qar yağacaq, temperatur 5-8 dərəcə düşəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-25 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Senzor.az-a verilən xəbərə görə, havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək, yanvarın 14-15-i gecə saatlarında 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında yanvarın 12-si əsasən qərb rayonlarında, 12-si axşamdan 15-dək isə bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi yanvarın 12-də 15-20 m/s, yanvarın 13-14-də isə bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.


Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək yanvarın 14-15-də aran rayonlarında gecə 3-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 2-7 dərəcə şaxta olacaq.


Yanvarın 14-15-də gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.