Paytaxtda hava şəraiti ilə əlaqədar bir neçə küçə və prospektdə yollarda sıxlıq müşahidə edilir.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumata görə, hazırda:
1.Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "Xırdalan dairəsi" istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. İnşaatçılar prospekti, hər iki istiqamətdə;
6. Tbilisi prospekti, hər iki istiqamətdə;
7. Akademik Həsən Əliyev küçəsi, Səməd Vurğun küçəsi istiqamətində;
8. Akademik Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində;
9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
10. Nəriman Nərimanov prospekti, hər iki istiqamətdə;
11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
12. Əbdülvahab Salamzadə küçəsi, hər iki istiqamətdə sıxlıq müşahidə olunur.