BŞİH-in kommunal strukturları gecə gücləndirilmiş iş rejimində çalışıblar - VİDEO, FOTO
YENİLƏNİB

Yanvarın 14-ü gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində çalışıblar.

 

BŞİH-dən Senzor.az-a verilən xəbərə görə, səhərə kimi xidmətlər yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından təmizlənməsini aparıblar.

 

Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsilə yollara duz səpilməsi həyata keçirilib. İşlər səhər saat 05-00-dan etibarən daha da intensivləşib. Bütün gecə ərzində Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərin rəhbər nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar.

 

Təmizləmə işləri mərkəzlə yanaşı Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparlır. 


**01:04


Paytaxtda bəzi yollar buz bağlayıb.

 

“Qafqazinfo”nun məlumatına görə, son saatlarda Yeni Yasamal yaşayış massivində yerləşən Əsəd Əhmədov və Xiyabani küçələrində, 9-cu mikrorayon ərazisində, Adil Məmmədov və Hüseyn Seyidzadə küçələrində yolların bir hissəsini qar örtüb. Buna görə sürücülər üçün təhlükəli vəziyyət yaranıb.

 

Hazırda sözügedən yollar qardan təmizlənir. Bakı şəhər mənzil kommunal təsərrüfatı departamentinin texnikası dərhal əraziyə cəlb edilib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.