TƏBİB: Qarlı havada 60 nəfər xəsarət alıb
YENİLƏNİB

Qarlı hava şəraiti ilə əlaqədar son 2 gündə 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzə müraciət edib.

 

Senzor.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

 

Qeyd olunub ki, Mərkəz həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirib: "Son 2 gün ərzində müraciətlərin sayında artım qeydə alınıb. 14-15 yanvarda hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif travmalar səbəbilə 60 nəfər təcili yardıma müraciət edib. Müxtəlif bədən xəsarətləri, xüsusilə aşağı ətrafların travması səbəbi ilə onlara ilk yardım göstərildikdən sonra hər biri profil üzrə xəstəxanalara təxliyə olunublar".

 

**19:58


Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə bağlı 22 nəfərin travma səbəbilə müraciəti qeydə alınıb.

 

Senzor.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

 

Müxtəlif bədən xəsarətləri, xüsusilə ətrafların travması diaqnozu ilə 22 nəfər profil üzrə xəstəxanalara təxliyə olunub.

 

Qeyd edək ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejiminə keçib.

 

Relyefi çətin ərazilərdə xidmət göstərmək üçün sanitar avtomobillər ("Mitsubishi Pajero", "UAZ", "Mercedes Vito", "Volkswagen" markalı) hazır vəziyyətə gətirilərək xəttə buraxılıb.

 

Eyni zamanda digər sanitar avtomobillərin də texniki vəziyyəti çətin hava şəraitində xidmət göstərmək üçün uyğunlaşdırılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.