Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Senzor.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib.
Qeyd edək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından sağ çıxarılan 3 nəfərlə birlikdə ümumilikdə 24 nəfər xəsarət alıb. 9 nəfərin isə cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.