Bakıda lifti qırılan bina Şərurlu İsfəndiyarın şirkətinə məxsus imiş...

Məlum olduğu kimi, Bakıda binanın lifti qırılıb və xəsarət alanlar var. Söhbət Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanındakı liftdən gedir. Baş verən qəza səbəbi ilə 4 nəfər xəsarət alıb. Belə ki, sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə relsdən çıxaraq sürətlə aşağı düşüb.

 

Bəs liftin qırılmasına səbəb nə olub? Ümumiyyətlə, sözügedən ünvandakı liftin təhlükəsizlik məsələsi necə tənzimlənir? Fövqəladə Hallar Nazirliyi (FHN) binalardakı liftlərə nəzarəti nə zaman həyata keçirir və qırılan liftə baxış keçirilibmi?

 

Məsələ ilə bağlı FHN-in  Mətbuat Xidmətinin əməkdaşı Pərviz Aslanov bildirib ki, FHN binalardakı liftlərə nəzarəti ancaq dəvət əsasında həyata keçirir: “İstənilən bina istismara veriləndə yoxlama kitabında qeyd aparılır. Bu məsələlərin açıqlanması balanssaxlayıcıya aiddir. Yəni Mənzil Tikinti Kooperativlərindən FHN-ə müraciət olunmayıb, biz portfeli qolumuza vurub gedib hansısa ərazini yoxlaya bilmərik”.

 

"Bizim.media" xəbər verir ki, lifti qırılan bina “Şərur” MTK-nın balansındadır.

 

“Şərur” MTK-nın Mətbuat Xidmətinin rəhbəri Tünzalə İsmayılova isə baş verən hadisə ilə bağlı sorğuya belə cavab verib: “Hadisədən məlumatımız var. Liftin qırılma səbəbi yükün ağır olmasına görədir. Dəfələrlə bu barədə sakinlərə xəbərdarlıq olunub, hətta bir dəfə də bu barədə elan liftin qapısına yapışdırılıb. Bu hadisə zamanı da liftə yük çox vurulub. Başqa problem yoxdur. Onu da deyim ki, sonuncu dəfə liftə FHN tərəfindən ötən il baxış keçirilib”.

 

MTK rəsmisi onu da əlavə edib ki, lifti qırılan bina “Universal Servis” MTK tərəfindən 2008-ci ildə inşa edilib. Lift də binaya elə həmin ildə quraşdırılıb: “2019-cu ildə isə bina istismara verilib. Lakin sakinlərin məskunlaşması 20 ilə yaxındır. Binada xidmət sakinlərin təyin etdiyi fiziki şəxs tərəfindən göstərilir”.

 

Qeyd edək ki, hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Onlardan iki nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan, bir uşaq isə Sabunçu Tibb Mərkəzindən evə buraxılıb.

 

Onu da qeyd edək ki, “Şərur” MTK “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsusdur.

Məlumat üçün xatırladaq ki, bundan əvvəl “Şərur” MTK-ya məxsus başqa binanın liftində də bənzər problem yaşanıb. Söhbət paytaxtın Nərimanov rayonunun Bakıxanov küçəsi, 66 ünvanında yerləşən “Şərur” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasından gedir.

 

Həmin binanın liftinin qəzalı vəziyyətdə istismar olunması barədə şikayətlər yayılmışdı. Sözügedən binadakı liftin “Ermənistan SSR” lift zavodunun istehsalı olduğu məlum olmuşdu.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.