Ötən il teleradio yayımı həyata keçirən 9 şirkətin lisenziyası ləğv edilib

Ötən il teleradio yayımı həyata keçirən 9 şirkətin lisenziyası ləğv edilib.


Senzor.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın 2023-cü ilin yekunlarına həsr olunmuş hesabatında bildirilib.


Qeyd olunub ki, Audiovizual Şura fəaliyyətdə olmayan, o cümlədən fəaliyyət göstərdiyi təsbit olunmayan audiovizual media subyektlərinin lisenziyalarının ləğv olunması prosesini həyata keçirib. İl ərzində Audiovizual Şuranın müvafiq qərarları ilə "Caspium Group" MMC-yə xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla yayımının həyata keçirilməsini təmin edən fəaliyyət üçün, "Media Art" şirkətinə, "Metronet" MMC-yə, "Albax TV" MMC-yə, "Şam" MMC-yə, "Real Telecom" MMC-yə, "RA Technologies" MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş lisenziyalar, habelə "İzone" MMC-yə və "Startelekom" MMC-yə universal platforma operatoru fəaliyyətini təmin etmək üçün Azərbaycan Audiovizual Şurasının verdiyi lisenziyalar ləğv edilib.


Ümumilikdə 9 hüquqi şəxsin lisenziyası ləğv edilib.


Bununla da hazırda Azərbaycan ərazisində fəaliyyət göstərən audiovizual media subyektlərinin (redaksiyalarının və xidmətlərinin) tərkibi belədir:


11 ümumölkə yerüstü televiziya redaksiyası;

10 regional yerüstü televiziya redaksiyası (bundan 1-i Naxçıvan MR-da);

16 ümumölkə yerüstü radio radio redaksiyası;

4 regional yerüstü radio redaksiyası (bundan 1-i Naxçıvan MR-da);

10 peyk yayımı həyata keçirən platforma yayımçısı redaksiyası (bundan 8-i həm də regional yerüstü televiziya redaksiyasıdır);

16 peyk yayımı həyata keçirməyən platforma yayımçısı redaksiyası;

2 sifarişli yayım xidməti provayderi;

42 universal platforma operatoru;

8 sadə platforma operatoru;

2 multipleks operatoru.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.