Azərbaycanda 5 maqnitudalı zəlzələ olub - YENİLƏNİB

Yanvarın 19-da Saatlı və Sabirabad rayonlarının sərhədində zəlzələ baş verib. Saat 22:05-də qeydə alınan yeraltı təkanların maqnitudası 5-ə bərabər olub.

 

Bu barədə Senzor.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

 

Ocağı 61 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar Saatlı və Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam və Neftçala rayonlarında 4-3 bala qədər hiss olunub.

 

**22:50

 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, yanvarın 19-da yerli vaxtla saat 22:05-də Saatlı, Şirvan ərazisində 53 kilometr dərinlikdə 5,1 maqnituda zəlzələ qeydə alınıb.

 

FHN-dən Senzor.az-a bildirilib ki, zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunub.

 

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

 

**22:33


Ölkə ərazisində 5,1 maqnituda zəlzələ qeydə alınıb.

 

Senzor.az AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, saat 22:05-də baş verən yeraltı təkanlar paytaxtın bəzi ərazilərində və bir sıra rayonlarda hiss olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.