Milli Hidrometeorologiya Xidmətinin yanvarın 21-i saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunur. Hazırda küləyin sürəti 23-25 m/s-dək güclənib.
Senzor.az bildirir ki, bunu Xidmətin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib.
O qeyd edib ki, dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb.
"Küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək”, - deyə G.Məmmədova vurğulayıb.