Göygöldə ölümlə nəticələn yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Qazel” və “KamAZ” toqquşub. Qəza zamanı Tovuz rayon sakini, 77 yaşlı Həsən Bayramov hadisə yerində ölüb, onun övladı - 28 yaşlı Müşviq Bayramov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.