Şəmkirdə “Kalaşnikov” satmaq istəyən şəxs saxlanıldı

Şəmkir Rayon Polis Şöbəsi  əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində odlu silah və onun komplekt hissələrini satmaqda şübhəli bilinən rayon sakini Famil İsmayılov saxlanılıb.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan Senzor.az-a verilən məlumata görə, şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan bir ədəd atəşə yaralı “Kalaşnikov” avtomatı, bir ədəd həmin avtomata məxsus daraq və 13 ədəd 7,62 mm-lik patron aşkar edilib. 

 

F. İsmayılov ifadəsində silahı bir müddət əvvəl tapdığını və satmaq məqsədilə saxladığını etiraf edib.

 

Bundan başqa, Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsi  əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Rəşad Rzayev də saxlanılıb. Şübhəli şəxsin üzərindən və yaşadığı evdən marixuana aşkar edilərək götürülüb.

 

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktlarla bağlı araşdırmalar davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.