Bütün məntəqələrdə brayl əlifbası ilə səsvermə imkanı yaradılacaq - MSK SƏDRİ
YENİLƏNİB

Seçki prosesində xəstələrin və qocaların səs vermələrini təmin etmək üçün mobil səsvermə qutuları təşkil olunacaq. Bu, Seçki Məcəlləsinin tələbinə əsasən həyata keçirilir. Yəni, bu, bizim komissiyaların vəzifəsidir. Əgər səsvermə günü obyektiv səbəbdən məntəqəyə gələ bilməyən seçici varsa, onlar qeydiyyata alınır.


Senzor.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 24-də jurnalistlərə müsahibəsində deyib.


O bildirib ki, mobil qutuların çatdırılması da Məcəllənin tələbinə uyğun olaraq, müəyyən tərəflərin müşayiətilə həyata keçirilir. Eyni zamanda, bütün məntəqələrdə brayl əlifbası ilə də səsvermə imkanı yaradacağıq. Həmçinin hərəkət məhdudiyyətli insanlar üçün pandusların quraşdırılmasına başlanılıb. Maksimum dərəcədə çalışmışıq ki, bu qəbildən olan bütün seçicilərimizin hüquqlarını təmin edək.

**12:35

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Milli Məclisin mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb.


Senzor.az xəbər verir ki, yanvarın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbəəyə gələrək çap prosesinin gedişi və yaradılmış şəraitlə tanış olub.


Komissiya üzvlərinin və media mənsublarının iştirakı ilə keçirilən tədbirdə MSK sədri seçicilərin səsvermə hüquqlarının azad, sərbəst şəkildə reallaşdırılmasında mühüm əhəmiyyət daşıyan seçki bülletenlərinin hazırlanmasında və çapında Seçki Məcəlləsinin tələblərinə dəqiqliklə riayət olunmasının vacibliyini diqqətə çatdırıb.


O, seçki bülletenlərinin qanunvericiliklə müəyyənləşdirilmiş vaxtda və qaydada çap edilməsi, aşağı seçki komissiyalarına çatdırılması ilə bağlı tövsiyələrini də verib. Həmçinin vurğulayıb ki, seçki bülletenlərinin çap prosesi təhlükəsizliyin təmin edilməsi şərti ilə, seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları və media nümayəndələri üçün tamamilə açıq həyata keçirilir.


Seçki bülletenlərinin çap prosesi ilə tanışlıqdan sonra MSK sədrinin jurnalistlər üçün brifinqi keçirilib. Məzahir Pənahov mediaya açıqlamasında seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblərin Seçki Məcəlləsinə əsasən MSK-nın qərarı ilə müəyyən olunduğunu, prezident seçkiləri ilə əlaqədar 6 milyon 524 min 203 seçki bülleteninin çap edilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, seçki bülletenləri çap olunduqca qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək.


Brifinqdə MSK sədri prezident seçkilərinin yüksək səviyyədə təşkil olunub azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində son hazırlıq işləri barədə də ətraflı məlumat verib, media nümayəndələrinin suallarını cavablandırıb.

**12:19

Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri üzrə 64 minə yaxın müşahidəçi qeydiyyatdan keçib.


Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.


O bildirib ki, beynəlxalq müşahidəçilərin sayı 400 nəfərə yaxındır. M.Pənahov söyləyib ki, bu rəqəmlərə ATƏT və BMT müşahidəçiləri daxil deyil.


Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.