İmişlidə 29 yaşlı kişi göldə boğulub.
APA-nın məlumatına görə, İmişli şəhər sakini, 1994-ci il təvəllüdlü Astanov Elşad Şükür oğlu Ağ göl adlanan ərazidə qayığın aşması nəticəsində göldə boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, E.Astanov İmişli yol istismar idarəsinin müdiri idi.
Faktla bağlı araşdırma aparılır.