Milli Məclisin yaz sessiyasının qanunvericilik işlər planı məlum olub - SİYAHI
YENİLƏNİB

Milli Məclisin 2024-cü il yaz sessiyasının qanunvericilik işlər planı müəyyənləşib.


Məlumata görə, sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsi nəzərdə tutulur.


Sessiya ərzində “Hərbi qulluqçuların statusu haqqında” yeni qanunun layihəsinə, həmçinin Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin, seçki hüququ olan 40 min vətəndaşın qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır.


Bundan başqa, işlər planına digər qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxılması da daxil edilib.


Qeyd edək ki, Milli Məclisin iş planı fevralın 1-də keçirilməsi nəzərdə tutulan plenar iclasda müzakirəyə çıxarılacaq.

**

Milli Məclisin İntizam komissiyası yenidən formalaşdırılır.


Məlumata görə, Milli Məclisin İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi parlamentin fevralın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.


Komissiyanın tərkibinə yeni üzv əlavə ediləcək. Buna səbəb komissiyanın tərkibindəki deputatlardan biri Madər Musayevin vəfat etməsi ilə əlaqədardır. Dəyişikliklə həmin siyahıda deputat Kəmaləddin Qafarov yer alacaq.


Xatırladaq ki, M.Musayev 2023-cü il iyulun 14-ü 76 yaşında vəfat edib.


Milli Məclisin İntizam komissiyası aşağıdakı tərkibdə idi:


1. Ağamalı Fəzail Rəhim oğlu,


2. Həsənov Nurlan Urfan oğlu,


3. Həsənova Afət Əbil qızı,


4. İbrahimqızı Məlahət İbrahim qızı,


5. İbrahimov Eldar Rza oğlu,


6. Məhəməliyev Nəsib Məhəmməd oğlu,


7. Məmmədov Hikmət Baba oğlu,


8. Məmmədov Məşhur Şahbaz oğlu,


9. Möhbalıyev Səttar Suliddin oğlu,


10. Musayev Madər Əliəsgər oğlu,


11. Səfərov Nizami Abdulla oğlu.

**16:19

Milli Məclisin yaz sessiyası üzrə ilk plenar iclasının gündəliyi açıqlanıb.


Senzor.az xəbər verir ki, fevralın 1-də keçirilməsi nəzərdə tutulan iclasın gündəliyinə 10 məsələnin müzakirəsi daxil edilib.


Həmin məsələlər aşağıdakılardır:


1. Milli Məclisin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi


2. Milli Məclisin İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi


3. Milli Məclis Hesablayıcı komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi


4. “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulmaq haqqında qanun layihəsi


5. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)


6. “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)


7. “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)


8. Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)


9. “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)


10. Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.