Polis əməkdaşları ötən gün Xankəndidə 4 avtomat, 3 tapança və 3 qumbara aşkarlayıblar.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bundan başqa 2 ədəd müxtəlif markalı tüfəng, 50 ədəd patron darağı, 2129 ədəd müxtəlif çaplı patron və digər sursatlar da aşkar olunaraq götürülüb.