Ağsu Qoruğunda Gənclər Günü ilə bağlı tədbir keçirilib - FOTO

"Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunda 2 fevral - Gənclər Günü münasibətilə Qoruğun və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə   "Ağsu Gəncləri" mövzusunda tədbir keçirilib. 

 

Senzor.az bildirir ki, tədbirdə Ağsu Qoruğunun gənc əməkdaşları, Gənclər və İdman sektorunun nümayəndələri, Ağsudan olan aktiv gənclər iştirak ediblər. Əvvəlcə Ağsu rayonundan olan və II Qarabağ müharibəsində şəhid olan qəhrəman gənclərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Ağsu Qoruğunun direktoru Şölə Bayramova gəncləri salamlayıb, təbrik edəndən və onlara uğurlar arzulayandan sonra “Ağsu Qoruğu və gənclər” adlı təqdimat edib.  

Ağsu rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Təhmasib Məhəmmmədhüseyn də çıxış edərək, gəncləri təbrik edib, dərslərində və gələcək həyatlarında uğurlar arzulayıb. O, müxtəlif yerli və beynəlxalq olimpiada, bilik yarışlarında fərqlənən Ağsu gənclərinin qazandığı nailiyyətlərdən bəhs edib.   

Aslan Nadirov adına Ağsu şəhər 1 saylı məktəb-liseyin direktoru Sənan Nemətov və Ağsu şəhər 3 saylı tam orta məktəbin tarix müəllimi Ülviyyət Soltanova gənclərimizin tarixi biliklərinin artırılmasında Ağsu Qoruğunun rolunu və tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin apardığı tədqiqatların önəmindən bəhs edib və gənclərin uğuru ilə fəxr etdiklərini qeyd ediblər.     

Aslan Nadirov adına Ağsu şəhər 1 saylı məktəb-liseyin şagirdləri- Şəki şəhərində keçirilən Respublika üzrə yarışda 3-cü yer, region üzrə hərbi yarışlarda 1-ci və 2-ci yer tutan  Ayxan Tağıyev, Şəki və Bakı şəhərində keçirilən idman yarışlarında iştirak edən və Respublika üzrə 3-cü yer  tutan Əlinur Tağıyev, Ağsu şəhər 3 saylı tam orta məktəbin şagirdləri- “Fibonacci”nin   keçirdiyi intellektual yarışın Qobustandakı Region yarımfinalının qalibi Murad Abışzadə, Yusif Hüseynov, Ruhin Baxşiyev, Elmir Osmanlı, İbrahim Kazaklı və Xəzər Məcidli uğurları haqda təəssüratlarını bölüşüblər. 

Daha sonra tədbir iştirakçıları üçün Qoruğun abidələrinə-Sənətkarlıq məhəlləsi, Hamam-yaşayış kompleksi, buzxana və Cümə Məscidinə ekskursiya təşkil olunub. 

 

Sonda gənclər müxtəlif elm sahələri üzrə diskussiya aparıb və xatirə şəkli çəkdiriblər. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.