Şirvanda narkotik alverçisi həbs edildi

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Senzor.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Namiq Rzayev saxlanılıb.

 

Onun yaşadığı ünvana keçirilən baxış zamanı kibrit qutularında, həmçinin sellofan və kağız bükümlərdə qablaşdırılmış və çəkisi 2 kiloqram 400 qrama yaxın olan marixuana və tiryək aşkar edilərək götürülüb.

 

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

 

Araşdırma davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.