Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Senzor.az-ın məlumatına görə, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva jurnalistlərə bildirib ki, havada tozun miqdarı normadan 1.8-2 dəfə artıqdır.
O qeyd edib ki, buna səbəb arabir güclənən cənub-qərb istiqamətli küləklərin təsiri nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır.
Tozlu hava şəraiti lokal xarakter daşıyır və meteoroloji şəraitdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir.