Ombudsman Səbinə Əliyeva səs verib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib.


Senzor.az-ın məlumatına görə, səsvermədən sonra ombudsman jurnalistlərə açıqlamasında bildirib ki, bütün ölkə üzrə, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda yaradılmış yeni seçki məntəqələrində müşahidələr həyata keçirilir.


Onun sözlərinə görə, azad olunan ərazilərdə təşkil edilən 26 yeni seçki məntəqəsində bu ərazilərdə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş lazımi şərait yaradılıb: "Ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq Ombudsman Aparatının və regional mərkəzlərin 60 nəfər əməkdaşı, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının 12 nəfər əməkdaşı növbədənkənar prezident seçkilərində müşahidəçi qismində seçki məntəqələrində, o cümlədən hərbi hissələrdə, penitensiar müəssisələrdə təşkil olunan məntəqələrdə və digər qapalı müəssisələrdə müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidə aparırlar. Bu gün hər bir müşahidəçimiz yerlərdə aldığı məlumatı hər saatdan bir Ombudsmana ötürür və bu barədə müvafiq məlumat operativ tərzdə MSK-ya və MSK-nın İnformasiya Mərkəzindən media vasitəsilə ictimaiyyətə çatdırılır”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.