Kürdəmirdə başı kəsilən qadının oğlu danışdı - YENİLƏNİB, VİDEO


Kürdəmirdə qətlə yetirilən qadının oğlu danışıb.

 

İki nəfərin ölümü ilə nəticələnən hadisə ilə bağlı qətlə yetirilən Nəsibə Aliyevanın oğlu İTV-yə açıqlama verib.

 

O, qətl hadisəsi ilə bağlı bəzi detalları açıqlayıb: “İki çörək alıb anama verdim. Daha sonra işlərimi görməyə getdim. Bir müddət sonra mənə xəbər etdilər ki, anam bıçaqlanıb. Gəlib gördüm ki, qardaşım anamın başını kəsib”.

 

Xatırladaq ki, Kürdəmir Rayon Prokurorluğunun yaydığı məlumata görə, rayonun Şıxımlı kənd sakini İlham Alıyev yaşadığı kəndin ərazisində anası N.Əliyevaya və həmkəndlisi F.Şükürovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə, tanışı V.Məmmədovaya isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilərək saxlanılıb.

 

Ətraflı süjetdə:

 

**13:52



Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.


Kürdəmir rayon prokurorluğundan verilən məlumata görə, fevralın 9-da saat 11 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 3 nəfərə kəsilmiş-deşilmiş xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Araşdırmalarla Kürdəmir rayonunun Şıxımlı kənd sakini İ.Alıyevin yaşadığı kəndin ərazisində anası N.Əliyeva və həmkəndlisi F.Şükürova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsi, tanışı V.Məmmədova isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, İ.Alıyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.


Hazırda ibtidai istintaq davam edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.