Kürdəmir rayonuna içməli suyun verilişi bərpa olunub.
Bu barədə “Report”a “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Kürdəmir Su-kanal sahəsinin rəisi Arzu Şahbazov məlumat verilib.
Onun sözlərinə görə, “Azərsu” ASC-nin ərazi üzrə əməkdaşları baş verən hadisənin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçiriblər və suyun rayona verilişi bərpa olunub.
Xatırladaq ki, hadisə fevralın 9-da səhər saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü km-də rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Magistral su xəttinin partlaması nəticəsində rayon mərkəzinə və bir neçə kəndə içməli suyun verlişi dayandırılıb. Su xətti rayonun 8 222 abonentinə xidmət edir.
Ümumi uzunluğu 29 km olan Külüllü-Kürdəmir magistral su boru xətti 2011-ci ilə dövlət vəsaiti hesabına inşa olunub. Xətt Kürdəmir rayon mərkəzini və daha 12 kəndin su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçrilib.
**15:37
Ağsu-Külüllü-Kürdəmir magistral su kəmərində qəza baş verib.
Senzor.az xəbər verir ki, hadisə Ağsu-Bəhrəmtəpə avtomobil yolunun 33 kilometrliyində, Kürdəmirin Atakişili kəndi ərazisində qeydə alınıb. Kürdəmirin şəhər mərkəzi də daxil olmaqla, yaxın kəndlərə içməli suyun verilişi dayanıb. Qəzanın aradan qaldırılması üçün əraziyə ağır texnika və işçi qüvvə cəlb edilib.
İlkin mərhələdə qazma işləri görülüb, qəzanın başvermə nöqtəsi aşkarlanıb. Hazırda borunun yararsız vəziyyətə düşən hissəsinin dəyişdirilməsi üçün işlər görülür.
Xatırladaq ki, ümumi uzunluğu 27 kilometr olan magistral su xətti 2013-cü ildə istismara verilib.
Qəzanın günün sonuna kimi aradan qaldırılması və əhalini içməli su ilə təmin edilməsi gözlənilir.