Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Senzor.az bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Opel” markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.