Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının gənclər təşkilatı komitəsinin üzvü Əyyub Çələbi həbs olunub.
Senzor.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı jurnalistlərə bildirib ki, Əyyub Çələbi polis əməkdaşları tərəfindən saxlanılıb.
O, ictimai qayda pozuntusuna görə, məhkəmə qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Əyyub Çələbi Azərbaycan Demokratiya və Rifah Partiyası Səbail rayon təşkilatının sədri Xəyyam Çələbinin oğludur.
Onu da xatırladaq ki, ADR-in sədri hazırda həbsdə olan Qubad İbadoğludur.