Sumqayıtda şəhərin girişinə yaxın ərazidə yerləşən yağ sexindəki yanğın söndürülüb.
Senzor.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin texnikası və canlı qüvvəsi yanğını söndürməyə cəlb olunub.
Yanğın təqribən 400 kvadratmetrlik sexin 100 kvadratmetrini əhatə edib.
Alovun qarşısı alınıb.
Xəsarət alan yoxdur.
**01:26
Sumqayıtda sexdə güclü yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.
Yanğının təxminən 400 kvadratmetr ərazini əhatə etdiyi bildirilir.
Əlavə məlumat veriləcək.