Azərbaycanda güzəştli ipoteka kreditləri üçün müraciətlərin qəbulu başlayır

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2024-cü il üzrə güzəştli ipoteka kreditlərinin verilməsi üçün müraciətlərin qəbuluna başlayır.


Senzor.az Fonda istinadən xəbər verir ki, müraciətlər fevralın 23-də, saat 11:00-dan etibarən Elektron Hökumət Portalına (www.e-gov.az) inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə real vaxt rejimində qəbul ediləcək.


İpoteka kreditləşməsinin şərtləri və elektron sistemdən istifadə ilə bağlı məlumatları Fondun internet səhifəsindən (https://mcgf.gov.az/menu/205) və rəsmi Youtube kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu) əldə etmək olar.


Xatırladaq ki, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna fevralın 2-dən başlanılıb və hazırda proses davam etdirilir.


Bu ilin dövlət büdcəsində ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 87,7 milyon manat nəzərdə tutulub.


Ötən il İKZF-in müvəkkil bankları 461,4 milyon manat kredit verilib ki, bu da əvvəlki ilin göstəricisindən 9,2 % çoxdur. 2023-cü ildə Fond ipotekanın təkrar maliyyələşdirilməsinə 492 milyon manat məbləğində kredit (artım 20,9 %) ayırıb.


İpoteka fondu ötən il istiqrazların yerləşdirilməsindən 450 milyon manat cəlb edib.


2023-cü ildə verilmiş ipoteka kreditinin orta həcmi 59,872 min manat təşkil edib. Kreditlər 282 ay müddətinə və illik 6,34 % dərəcəsi ilə verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.