Sumqayıtda toyda 2 nəfəri öldürməyə cəhddə təqsirləndirilən şəxsə 14 İL HƏBS CƏZASI VERİLDİ

Sumqayıtda toyda iki nəfəri öldürməyə cəhddə təqsirləndirilən Rafiq Kərimduxta hökm oxunub.

 

Bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

 

Hökmə əsasən Rafiq Kərimduxt 14 il müddətinə azadlıqdan məhrum edilib.

 

“Report” xatırladır ki, hadisə ötən ilin iyulunda Sumqayıtda yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

 

Araşdırma zamanı 1954-cü il təvəllüdlü Rafiq Kərimduxtun aralarında yaranmış mübahisə zamanı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən şadlıq saraylarının birində qohumları Vahid və onun arvadı İradə Kərimduxta bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Rafiq Kərimduxt hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

 

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) maddəsilə ilə ittiham irəli sürülüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.