Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olundu - YENİLƏNİB

Konstitusiya Məhkəməsinin yeni təyin edilmiş hakimi Fikrət Məmmədov kollektivə təqdim olunub.


Bu barədə Senzor.az-a Konstitusiya Məhkəməsindən məlumat verilib.


Tədbirdə Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.


Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Prezident İlham Əliyevin təqdimatına əsasən Milli Məclis tərəfindən hakim vəzifəsinə təyin olunması münasibətilə Fikrət Məmmədovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.


F.Məmmədov göstərilən etimada görə dövlət başçısına təşəkkürünü ifadə edərək hakimlik fəaliyyətində də səylərini əsirgəməyəcəyini bildirib.


**12:00


Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.


Senzor.az xəbər verir ki, parlamentin fevralın 23-də keçirilən plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin F.Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında təqdimatına baxılıb.


Müzakirələrdən sonra təqdimat səsverməyə çıxarılaraq qəbul edilib. O, daha sonra and içib.


Qeyd edək ki, F.Məmmədov bundan öncə ədliyyə naziri olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.