Valideynlər dalaşdı, uşaq xəsarət aldı
GƏNCƏDƏ İNSİDENT

Gəncədə ailədaxili mübahisə qanla bitib.

 

Senzor.az bildirir ki, hadisə şəhərin Şahsevərlər küçəsində qeydə alınıb.

 

Belə ki, həmin küçədəki evlərdən birində yaşayan İlham İsrafilov həyat yoldaşı Könül İsrafilova ilə mübahisə edib. Bu zaman cütlüyün, hadisənin qarşısını almaq istəyən 12 yaşlı qızı bud nahiyəsindən bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Azyaşlıya dərhal yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan Eşqin Qasımov KİV-ə açıqlamasında bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə gediblər: “Görülən tədbirlər nəticəsində 2012-ci il təvəllüdlü qıza xəsarət yetirməkdə şübhəli bilinən atası İlham İsrafilov saxlanılıb. Araşdırmalar davam etdirilir”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.