İsmayıllıda yol çöküb, gediş-gəliş çətinləşib
FOTO

İsmayıllı-Lahıc avtomobil yolunda, Girdiman çayı üzərində olan körpünün torpaq qatına birləşən nöqtəsində çökmələr baş verib. Nəticədə iki zolaqlı yolun bir zolağının çiyin və torpaq yatağı, həmçinin asfalt qatı sürüşməyə məruz qalıb.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. 

 

Onun sözlərinə görə, bu səbəbdən avtomobillərin gediş gəlişində müəyyən çətinliklər yaranıb. Hazırda yolun hərəkət hissəsinin bir zolağı ilə minik avtomobilləri keçid etsələr də yük və digər ağır texnikaların körpüdən hərəkəti məhdudlaşdırılıb.

 

 

Yolda sürüşməyə səbəb son günlər yağan yağışlardan sonra çaylarda suyun artması və gələn sel sularının yolun bir hissəsini yuması olub. “Artıq yaranmış problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Əraziyə canlı qüvvə və ağır texnika cəlb edilib. 

 

Sözügedən körpünün uzunluğu 42, eni isə 7 metrdir. Həmin körpüdən İsmayıllı-Lahıc istiqamətində sakinlər gündəlik gəliş-gedişdə istifadə edirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.