Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub
YENİLƏNİB, FOTO

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.


Senzor.az xəbər verir ki, əvvəlcə mərhumla evində və Göy məsciddə vida mərasimi keçirilib.


Mərasimdən sonra cənazə "Qurd qapısı" qəbiristanlığına aparılaraq torpağa tapşırılıb.







**16:24


Əməkdar artıst Cavanşir Məmmədovla vida mərasimi başa çatıb.


Məlumata görə, mərasim mərhumun yaşadığı evdə baş tutub.


Vida mərasimində sənətçinin ailə üzvləri, qohumları, sənət yoldaşları iştirak ediblər.

**15:35

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.


Senzor.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.


O, bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.


Qeyd edək ki, sənətçi bu gün vəfat edib.

**13:20

Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.


Bu barədə Senzor.az-a TƏBİB-dən məlumat verilib.


“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, - məlumatda deyilir.


**

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.


Senzor.az xəbər verir ki, sənət adamları bununla bağlı sosial şəbəkə hesablarında paylaşım ediblər.


Məlumatı Əməkdar artist Firuzə İbadovanın qızı Hülya təsdiqləyib.


Onun ölüm səbəbi açıqlanmayıb.


Qeyd edək ki, C.Məmmədov 1954-cü ildə anadan olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.