Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Senzor.az bildirir ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 172 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 705 ailənin, yəni 2689 nəfərin daimi məskunlaşması təmin edilib.